Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-10-2023 , 22:42

5874

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev: “Nərimanov bələdiyyəsi hər bir rayon sakininin, xüsusəndə şəhid və qazi ailələrinin müraciətlərini diqqətdə saxlamaqla, qaldırılan problemlərin daim həllinə çalışır"

Nərimanov bələdiyyəsində vətəndaş qəbulu keçirilib. Qəbulda həmçinin Vətən müharibəsi iştirakçısı, qazi Orxan Əsgərov da iştirak edib. 

Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev  qazi Orxan Əsgorvun şərəfli döyüş yolundan söz açıb, onun  qəhrəmanlığından bəhs edib. Eyni zamanda sədr qeyd edib​ ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bütün təsirlərə qarşı qətiyyət və sarsılmaz iradə nümayiş etdirərək, xalqını bir amal uğrunda birləşdirmiş, rəşadətli əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı, şücaəti hesabına düşmənin başına sarsılmaz dəmir yumruq endirilmiş və tarixi zəfər qazanılıb.

Təmraz Tağıyev bildirib ki, qəhrəman oğullarımız əsl fədakarlıq və qəhrəmanlıq göstərərək öz həyatları bahasına torpaqlarımızı düşməndən təmizləyib, Azərbaycan xalqına qələbə sevinci bəxş ediblər.

Görüşdə qazi Orxan Əsgərovun  qaldırdığı məsələlər ətrafında fikir mübadiləsi aparılmış, bələdiyyədən asılı olan məsələnin tezliklə həll ediləcəyi bildirilmişdir.

Qəbulda iştirak edən digər rayon sakinlərin problemləri dinlənilmiş, bələdiyyədən asılı olan məsələlər öz həllini tapmış, digər orqanlardan asılı olan məsələlər barəsində müraciətlərin göndərilməsi qərar alınmışdır.  

Sədr bildirib ki, Nərimanov bələdiyyəsi hər bir rayon sakinin, xüsusəndə şəhid və qazi ailələrinin   müraciətlərini diqqətdə saxlamaqla, qalıdırılan problemlərin daim həllinə  çalışır və bunu özümüzə borc bilirik. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub

Gündəlik Xəbərlər
09-05-2025
620